Aprel döyüşlərindən bəhs edən serial… - Video
24 Mart 2020 15:22
137

Aprel döyüşlərindən bəhs edən serial… - Video

İctimai Televiziya və Radio Yayımları Şirkəti Aprel döyüşlərindən bəhs edən “4 gün” adlı serial yayımlayacaq.

Oxu.Az xəbər verir ki, şirkət 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş döyüşlərə həsr olunan filmin çəkilişlərinə başlayıb.

Filmin treylerinin yaxın günlərdə yayımlanacağı gözlənilir.

Hazırda bəzi kadrları hazır olan ekran işi haqqında ətraflı məlumat ictimaiyyətə yaxın günlərdə açıqlanacaq.

Məlumata görə, ssenarisinin Azərbaycan Silahlı Qüvvələrinin, əsgər və zabitlərinin göstərdiyi şücaət əsasında qələmə alındığı “4 gün” adlı ekran işinin çəkilişləri döyüşlərin baş verdiyi ərazilərdə aparılır.

Oxşar xəbərlər