Azərbaycanda bibisini öldürən “peyğəmbər” qeybə çəkildi - VİDEO
20 Sen 2020 07:20
3887

Azərbaycanda bibisini öldürən “peyğəmbər” qeybə çəkildi - VİDEO

Lənkəranda şəxs atası ilə birlikdə öz bibisindən 3 min manat pul alaraq, ona zob xəstəliyini şəfalı əlləri ilə müalicə edəcəyini vəd edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, həmin şəxs iddia edib ki, ona peyğəmbərlik verilib.

O, “müalicə” məqsədilə bibisinin boğazını sıxıb, qadın hadisə yerindəcə keçinib.

Sonra da “Mən qeybə çəkilirəm, sonra zühur edəcəyəm” deyərək yoxa çıxıb.

O, hazırda axtarışdadır.

Qeyd: Həmin şəxsin saytlardan birinin baş redaktoru olduğu iddia edilir.(Aztimes.az)

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər