Azərbaycanda bir ildə ailə-məişət davalarında öldürülən qadınların sayı açıqlandı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bir ildə ailə-məişət davalarında öldürülən qadınların sayı açıqlandı - Foto

Kriminal

09 May 2024 20:01 1149


2023-cü ildə qeydə alınmış məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində 1 513 nəfər zərər çəkib. Bu, bütün cinayətlər nəticəsində ümumi zərərçəkənlərin (24 287 nəfər) 6,2 faizini təşkil edir.

Yenisabah.az Modern.az-a istinadən xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin Daxili İşlər Nazirliyinin hesabatı əsasında hazırladığı statistikada qeyd olunub.

Rəsmi məlumata görə, Azərbaycanda məişət zorakılığı nəticəsində zərərçəkənlərin sayı artıb. Bu artım 2022-ci illə müqayisədə 2,6 faiz təşkil edib. Dördpendirli pizza

Məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərin 80,9 faizi qadınlar, 0,7 faizi isə yetkinlik yaşına çatmayanlar olub.

Əvvəlki illə müqayisədə bu cinayətlər nəticəsində ölənlərin sayı 8,8 faiz artaraq 74 nəfər (onlardan 49-u qadınlar) olub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!