Şuşa və Laçına   DOLU DÜŞDÜ

saytların hazırlanması

Evə çatdırılma

Şuşa və Laçına DOLU DÜŞDÜ

Sosial

16 May 2026 15:50 141


Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 16-sı saat 15:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir, Şahdağda isə arabir qar yağması müşahidə olunur. Belə ki, Zaqatala, Qax (Sarıbaş), Balakən, Xızı, Qrız, Xınalıq, Qəbələ, Qobustan, Qusar (Laza), Quba, Xaltan, Xaçmaz, Şahbuz, Gədəbəy, Gəncə, Göygöl, Tovuz, Ağstafa, Mingəçevir, Biləsuvar, Lənkəran, Astara, Lerik, Yardımlıda arabir şimşək çaxır, yağış yağır. Toyuqlu pizza

Saat 12:53-12:58 radələrində Şuşa şəhərində diametri 10-13, saat 14:12-14:16 radələrində Laçın rayonunun Minkənd, Qalaça kəndlərinə diametri 8-10 mm olan dolu düşüb.

Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Mingəçevirdə 18 m/s-dək güclənir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!