DİQQƏT! Azərbaycanda pensiyalarla bağlı   YENİLİK

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT! Azərbaycanda pensiyalarla bağlı YENİLİK

Sosial

15 May 2026 22:51 279


Qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması təkmilləşdiriləcək.

"Yeni Sabah" xəbər verir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2026-2028-ci illər üçün Baş Kollektiv Sazişdə öz əksini tapıb.

Bildirilib ki, tərəflər vətəndaşların sosial müdafiəsi üzrə hüquqlarının təmin edilməsi üçün qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanmasının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq istiqamətində müvafiq işlər aparılmasını zəruri hesab edirlər. Dominos pizza

Tərəflər həmçinin sığorta-pensiya sisteminin maliyyə dayanıqlılığının uzunmüddətli proqnozlar əsasında təmin edilməsi, davamlı və dinamik inkişafına nail olunması məqsədilə zəruri islahatları və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işləri davam etdirməklə də bağlı razılığa gəliblər.

Bununla yanaşı, vətəndaşlara pensiya təminatı ilə bağlı göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və şəffaflığın artırılması məqsədilə innovativ həllərin tətbiqi dairəsini genişləndirilməsi hədəflər arasındadır. /Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!