Azərbaycanda bu şəxslər təhlükə altındadır -   Baş direktor kimləri nəzərdə tutur?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu şəxslər təhlükə altındadır - Baş direktor kimləri nəzərdə tutur?

Sağlamlıq

05 İyun 2026 10:51 166


“Peşə xəstəlikləri müəyyən iş şəraitinin insan sağlamlığına uzunmüddətli təsiri nəticəsində yaranan xəstəliklərdir. Bu xəstəliklərə daha çox zərərli istehsalat sahələrində çalışan şəxslərdə rast gəlinir”.

“Yeni Sabah” xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Mərkəzi Kimyəvi və Toksikoloji Laboratoriyasının baş direktoru Mətanət Axundova deyib.

Onun sözlərinə görə, kimya sənayesi, mədənçıxarma, metallurgiya, tikinti, kənd təsərrüfatı və səhiyyə sektoru kimi sahələrdə çalışanlar peşə xəstəlikləri baxımından daha yüksək risk qrupuna daxildir: pizza hut

“Zərərli kimyəvi maddələr, toz, səs-küy, radiasiya və digər təhlükəli amillərlə daimi təmas müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Peşə xəstəliklərinin qarşısının alınması üçün iş yerlərində təhlükəsizlik qaydalarına əməl olunmalı, fərdi mühafizə vasitələrindən istifadə edilməli və əməkdaşlar mütəmadi tibbi müayinələrdən keçməlidirlər. Erkən diaqnostika və profilaktik tədbirlər xəstəliklərin ağırlaşmasının qarşısını almaqda mühüm rol oynayır”.

Həkim bildirib ki, Səhiyyə Nazirliyinin Mərkəzi Kimyəvi və Toksikoloji Laboratoriyasında zəhərli maddələrin aşkarlanması üçün  hazırda laborator müayinələr əsasən qan və sidik nümunələri üzərində aparılır:

“Bu müayinələr ağır, zərərli və təhlükəli istehsalat sahələrində çalışan işçilərdə ağır metalların, uçucu-zəhərləyici maddələrin, pestisidlərin və digər toksik maddələrin mövcudluğunu müəyyən etməyə imkan verir. Kimyəvi-toksikoloji tədqiqatlar yalnız zəhərli maddələrin orqanizmdə mövcudluğunu deyil, həm də onların dəqiq konsentrasiyasını müəyyən etməyə imkan yaradır ki, bu da xəstəliyin peşə xarakterinin təsdiqlənməsi üçün mühüm əhəmiyyət daşıyır. Yaxın gələcəkdə laboratoriyada saç və dırnaq nümunələri üzərində də bu müayinələrin aparılması nəzərdə tutulur”.

M.Axundova söyləyib ki, işəgötürənlərin əmək mühafizəsi tələblərinə riayət etməsi və işçilərin sağlamlığına nəzarət etməsi peşə xəstəliklərinin azalmasına əhəmiyyətli təsir göstərir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!