Azərbaycanda koronavirusla bağlı son statistika   - Yoluxma sayı 600-ü keçdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda koronavirusla bağlı son statistika - Yoluxma sayı 600-ü keçdi

Sosial

25 Avqust 2022 21:54 1136


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 601 yeni yoluxma faktı qeydə alınıb, 535 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, xəstəlikdən dünyasını dəyişən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 810 589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 797 167 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 627 aktiv xəstə var. Bu günə qədər 9 795 nəfər vəfat edib. pizza hut

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 614, bu günə qədər isə ümumilikdə 7 135 151 test icra olunub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!