Azərbaycanda küçədə bir neçə günlük qız uşağı tapıldı 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda küçədə bir neçə günlük qız uşağı tapıldı 

Sosial

12 Sentyabr 2023 09:57 433


Bu səhər saat 5 radələrində Salyan rayonunun Qarabağlı kəndi ərazisində küçədən yeni doğulmuş (bir neçə günlük) qız uşağı tapılıb. 

"Report"un məlumatına görə, körpə uşaq yoldan tapılaraq xəstəxanaya təhvil verilib.

Daxili İşlər Nazirliyinin (DİN) DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov məlumatı təsdiqləyib. N.Həmidov bildirilib ki, bu məsələ ilə bağlı Salyan Rayon Polis Şöbəsinə məlumat daxil olub. pizza mizza

Daxil olan məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib və körpə Salyan rayon Təcili Tibbi Yardım Stansiyasının tibb personalına təhvil verilib.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalara başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!