Azərbaycanda maşın “zapçast”larının 80 faizi saxtadır – Şok iddia

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda maşın “zapçast”larının 80 faizi saxtadır – Şok iddia

Avto

10 Mart 2019 22:45 1440


Son vaxtlar avtomobillərdə yaranan nasazlıqların səbəblərindən biri də saxta ehtiyat hissələrindən istifadə edilməsidir. Sürücülər iddia edirlər ki, ölkəyə gətirilən müxtəlif firmalara məxsus ehtiyat hissələrinin arasında saxta mallara da rast gəlinir. Maraqlıdır ki, bu ehtiyat hissələri ilə digərləri arasında qiymət fərqi də böyükdür, adətən iki dəfə ucuz olur.

İstifadə olunduğu zaman isə tez sıradan çıxır. Buna baxmayaraq, sürücülər ucuz olduğu üçün saxta malları almaqdan çəkinmirlər. Hətta bu yaxınlarda sürücülərdən birinin yeni aldığı ehtiyat hissəsi, avtomobil yolda hərəkət halında olarkən sıradan çıxıb. Məlum olub ki, sürücünün aldığı “şaravoy” adlanan detal saxta imiş. Xoşbəxtlikdən çətinliklə də olsa, qəzadan yayınmaq mümkün olub.

Güman edilir ki, ölkədə avtomobil qəzalarının bu qədər çox olması və insan ölümü ilə nəticələnməsinin səbəbləri arasında saxta ehtiyat hissələri məsələsi də var. Avtomobil hərəkət halında ikən sıradan çıxan və idarəetmənin itməsinə səbəb olan saxta ehtiyat hissələrinin ağır nəticələri ölümə qədər apara bilər. pizza

Avtomobil təmiri sahəsində tanınmış mütəxəssis olan, “Sahil usta” adı ilə tanınan Sahil Ağabəyli sürücüləri narahat edən bu və digər problemlərə aydınlıq gətirilib. Söhbət zamanı usta saxta ehtiyat hissələrindən, yanacağın keyfiyyətindən, köhnə və yeni avtomobillərin fərqi və üstünlüyündən, avtomobil yağlarından və sairdən danışıb.

Musavat.com

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!