Azərbaycanda müğənnini toydan qovdular

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda müğənnini toydan qovdular

Şou

06 Oktyabr 2025 14:20 37307


Əgər kişi məclisi də olsa, mənim ifalarımı sevib dəvət edirlərsə niyə də getməyim? Pul hardadır, ora da gedirəm. Bu ayıb deyil".

“Yeni Sabah” AZXEBER.COM-a istinadla xəbər verir ki, bunu müğənni Mənzurə Musayevə "Tarixin bir günü" verilişində qonaq olan zaman deyib.

Sənətçi, bir həmkarının toyda oxumaqdan imtina etdiyi üçün qovulduğunu iddia edib: pizza hut

"Bir gün Qubada toyda qonaq idim. Kişi toyu ayrı, qadın toyu ayrı idi, amma eyni məkanda idi. Məndən xahiş etdiər ki, keçib kişi məclisində də oxuyarsız? Dedim əlbəttə, bu mənim işimdır. Getdim ifalarımı elədim, yaxşı da pul verdilər. Orada olan 200 kişinin hər biri demək olar ki, mənə pul verdi. Adını çəkmək istəmədiyim, çox məşhur bir həmkarım da mənimlə toyda idi. Ona dedilər ki, sən də oxu. O dedi mən kişi məclisində oxumuram. Və ev yiyəsi onu məclisindən qovdu. Dedi oxumursan, niyə gəlmisən, çıx get! O da getdi. Daha sonra sosial şəbəkədə videolar yayımladı ki, mənim pulumu verməyiblər.

Demək istədiyim budur ki, bu bizim işimizdir. Əgər insan özündən arxayındırsa, niyə də oxumasın? Lap beş nəfər olsun, mənim ifalarımı sevib dəvət edirlərsə niyədə getməyim? Pul hardadır, ora da gedirəm. Bu ayıb deyil".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Adil
    Elşən bəy! Bunlar artistdilər. Bunları o qədər də ciddiyə almaq lazım deyil. Keçmişdə də indiki kimi, artistlər olub və onlar həmişə, kimi saraylarda şahların qabaqinda, kimi də insanları əyləndirib. Ona görə, artist sənəti budur. İnsanları əyləndirən. ƏYLƏNDİRƏN ADAMLARDA QURUR OLSA, O ƏYLƏNDİRƏ VƏ BƏZİ ARTİSTLƏR KİMİ TƏLXƏKLİK EDƏ BİLMƏZLƏR. ONLARİN CORƏYİ, BUNDAN CİXİR
    7 months ago
  • Elşən
    Əminəm ki, o qovulan müğənidə qururolub , siz isə pulu qürurdan üstün tutursuz ona görə pul harada mən orada deyirsiz .Pul versələr siz edə biləcəyiniz hər şeyi edərsiz
    7 months ago