Azərbaycanda nazir radara düşüb

Azərbaycanda nazir radara düşüb
Okt 8, 2019
Oxunma sayı: 961

Mədəniyyət naziri Əbülfəs Qarayev dəfələrlə yol hərəkəti qaydalarını pozduğu üçün radara düşüb.

“Yeni Sabah” xəbər verir ki, bunu “Yeni Müsavat” qəzetinə müsahibəsində Ə. Qarayev özü etiraf edib. Bildirib ki, bir il ümumiyyətlə, daha çoxx cərimə olunub. Amma sonra nisbətən azalıb. Nazir bütün cərimələri ödədiyini də bildirib.

O, borclarını sildirmək üçün səlahiyyətindən istifadə etmədiyini vurğulayıb: “Mən hesab edirəm ki, hər kəs qanun qarşısında bərabər səviyyədə məsuliyyət daşımalıdır. İlin axırında mənim büdcəmə kifayət qədər zərbə vuran bir cərimə oldu. Bu, bir neçə il əvvəl olub. Ondan sonra mən özümü yığışdırmışam. Şükür Allaha ki, qəzalar olmayıb.

Qəzaların artması məni narahat edir. Mən, ümumiyyətlə, hamını qarşılıqlı şəkildə mədəniyyət nümayiş etdirməyə çağırıram! Söhbət hansısa qayda pozuntusundan getmir. Söhbət ondan gedir ki, sən hərəkətə mane olmayasan, digər maşınların hərəkəti üçün narahatlıq yaratmayasan. Hesab edirəm ki, hamımız buna riayət etməliyik”.

Yenisabah.az
Azərbaycanda nazir radara düşüb