Azərbaycanda “Peugeot” istehsal olunur

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda “Peugeot” istehsal olunur

Avto

09 Fevral 2019 02:16 1582


Neftçala Sənaye Məhəlləsinin bazasında “Khazar” markası altında “Peugeot” avtomobillərinin istehsalı başlayıb. 

Bunu “Azərmaş” şirkətinin mətbuat xidmətinin rəhbəri Günay Namidar deyib. Şirkət rəsmisinin sözlərinə görə, hazırda müəssisənin istehsalat gücü ilə bir neçə “Peugeot” avtomobili istehsal olunub: “Avtomobillər avtomatik transmissiya ilə təchiz edilib. Onlar ay ərzində sınaqdan keçiriləcək, seriya istehsalı isə mart ayından başlayacaq. Avtomobilin komplekt hissələri İrandan tədarük olunur. İlk mərhələdə avtomobillər daxili bazarda satılacaq, perspektivdə isə region ölkələrinə ixrac planlaşdırılır”.

G.Namidar əlavə edib ki, mühərrikin həcmindən asılı olaraq “Peugeot Khazar” avtomobilinin qiyməti 19,5 min manatdan 21 min manatadək dəyişəcək. Dördpendirli pizza

Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!