Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Azərbaycanda qiymət artımının səbəbi - Mərkəzi Bank  AÇIQLADI
17 Sen 2021 19:05
1782

Azərbaycanda qiymət artımının səbəbi - Mərkəzi Bank AÇIQLADI

İllik inflyasiyanın yüksəlmə meylini şərtləndirən amillərə dünya bazarında ərzaq və qeyri-ərzaq qiymətlərinin dinamikası, ticarət tərəfdaşı ölkələrində inflyasiyanın sürətlənməsi, ertələnmiş tələbin fəallaşması, dövlət tənzimlənməsi tətbiq edilən qiymət və tariflərin liberallaşdırılması aiddir.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatında deyilir. Qeyd edilir ki, hazırda dünyanın əksər ölkələrində inflyasiyanın yüksəlməsi və qəbul edilmiş hədəflərdən kənarlaşması müşahidə edilir. Nəticədə, Azərbaycanda xarici və daxili xərc amillərinin təsiri nəzərə alınmaqla sentyabrda 2021-ci ilin sonuna inflyasiya proqnozu yüksəlmə istiqamətində təshih edilib.

"Proqnozlara görə cari ildə orta illik inflyasiya 5,4-5,8%, illik inflyasiya isə 7-7,5% səviyyəsində gözlənilir. 2022-ci ildə isə illik inflyasiyanın 4-5% səviyyəsində olacağı proqnozlaşdırılır", - hesabatda deyilir.

Xatırladaq ki, cari ilin yanvar-avqust aylarında ölkədə inflyasiya 4,8% təşkil edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər