Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Azərbaycanda saxta dollar təhlükəsi
16 Okt 2021 08:49
847

Azərbaycanda saxta dollar təhlükəsi

Hazırda ölkədə bir sıra banklar tərəfindən bankomatlar vasitəsilə dollar əsginasların qəbulu dayandırılıb.

Buna səbəb dövriyyədə müəyyən miqdarda saxta 100 dollar əsginasların olmasıdır.

Saxta əsginasların təhlükəsizlik elementləri həqiqi valyuta vahidinə dəqiq olaraq bənzədilə bildiyindən bankomatlar tərəfindən saxta pullar müəyyən edə bilməyib. Bu səbəbdən banklar saxta dollar əsginasların dövriyyəsinin qarşısını almaq üçün bankomatlar vasitəsilə onların qəbulunu dayandırıb. Prosesin iki həftə müddətinə dayandırıldığı məlumat verilib.

Məsələ ilə bağlı bağlı Azərbaycan Beynəlxalq Bankından müvafiq hüquq-mühafizə orqanlarından banka həqiqətən belə bir siqnalın daxil olduğu və müştərilərin maraqlarının qorunması üçün lazımi təhlükəsizlik tədbirlərinin görüldüyü bildirilib.

“Kapital Bank”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov isə hazırda Bankın bankomatlarında vendor tərəfindən proqram təminatının yenilənmələri həyata keçirilir. Onlar bu səbəbdən dolayı hazırda müvəqqəti olaraq dollar qəbulu dayandırdıqlarını təsdiqləyiblər:

Mərkəzi Bankdan isə bildirilib ki, hazırda milli və xarici valyutada pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizə çərçivəsində davamlı tədbirlər həyata keçirir və bu tədbirlər barədə mütəmadi olaraq kommersiya bankları, hüquq mühafizə orqanları və eləcə də ölkə ictimaiyyəti məlumatlandırılır:

“Hazırda dünyada sərbəst dönərli valyutaların, o cümlədən ABŞ dollarının geniş istifadəsi onların saxtalaşdırılması meyillərinin daha yüksək olmasını şərtləndirir və saxtakarlar üçün cəlbediciliyini artırır.

Müasir dövrdə rəqəmsal sistemlərin və yüksək texnologiyaların sürətli inkişafı isə pul nişanlarının saxtalaşdırılması imkanlarını, o cümlədən əhali üçün nəzərdə tutulmuş mühafizə elementlərinin, eləcə də nağd pul avadanlıqları, o cümlədən bankomatlar və terminallar tərəfindən müəyyən edilə bilən təhlükəsizlik sistemlərinin imitasiya imkanlarını genişləndirir.

Belə risklərdən sığortalanmaq üçün Mərkəzi Bank tərəfindən nağd pul avadanlıqlarının, emal sistemlərinin, nağd pul qəbul edən bankomat və terminalların xarici valyutada pul nişanlarının, o cümlədən ABŞ dollarının mühafizə elementlərinə uyğunlaşdırılmasının davamlı qiymətləndirilməsi və zəruri tədbirlərin görülməsi ilə bağlı kommersiya banklarına müvafiq tapşırıqlar verilir.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov bildirdi ki, saxta dollar məsələsində Mərkəzi Bank heç nə edə bilməz: “Dolları emissiya edən bizim Mərkəzi Bank deyil, o yalnız manat emissiya edir. Bu artıq hər bankın öz işidir. Söhbət dollardan gedirsə, bu o deməkdi ki, bizim bankomatlar geri qalıblar, müasir tələblərə cavab vermirlər. Xaricdə də bankomatlar var və onlar saxta dolları ayırd edə bilirlər. Əlbəttə,  saxtakarlıq həmişə inkişaf edir və banklar da onu daim izləyir, təqib eləyir və saxtakarlıqla mübarizə aparırlar”.

Ə.Həsənovun sözlərinə görə, hazırda bu səbəbdən bankomatlarda dollar qəbulunun dayandırılması o deməkdir ki, bizim banklarımız son vaxtlar o müasir tendensiyaları izləmirlər: “Bu istiqamətdə yenilikləri xaricdən öyrənsinlər ki, onların bankomatları necə mübarizə aparır. Buna da uyğunlaşsınlar. Məsələnin başqa tərəfi də var. İndi hamı deyir ki, bankomatlar dolları qəbul etmirlər. Ancaq  heç kəs demir ki, bankomatlar çoxdan dollar da vermirlər. Bildiyiniz kimi, Azərbaycanda bu gün qeyri- rəsmi valyuta alışına 20 min manatlıq limit var. Bu qeyri- rəsmidir, qanunda belə şey yoxdur. Amma təbii ki, banklar bunu özbaşına eləmirlər, onların nə marağı var ki? Çox güman ki, göstəriş var. Həm də banklar özbaşına bu limiti necə izləyə bilərlər ki, hər vətəndaş hansı bankda nə qədər xarici valyuta alıb. Buna görə də əvvəllər belə bir hal var idi ki, mənim hesabım manatla idi, amma gedib bankomatdan dollar çıxara bilirdimsə,  faktiki olaraq dollar alırdımsa bu gün bu funksiya yoxdur. Çoxdan bunu edə bilmirik. Dollar verə bilməyən  bankomat niyə dollar qəbul etsin? Bu baxımdan məncə, səbəb ancaq saxtakarlıq deyil. Səbəb həm də odur ki, Azərbaycanda dollarla xarici valyuta alışına limit var deyə bankomatlarda da belə problem çıxıb”.

Qeyd edək ki, Mərkəzi Bankda ekspertiza nəticəsində saxtalaşdırma əlamətləri müəyyən edilmiş ABŞ dollarları və onların ekspertiza rəyləri müvafiq istintaq tədbirlərinin aparılması, o cümlədən saxta pulların ölkəyə daxil olma mənbəyinin araşdırılması məqsədilə hüquq mühafizə orqanlarına təqdim edilir.  Mərkəzi Bank tərəfindən ilin doqquz ayı ərzində 271 ədəd milli və 125 ədəd xarici valyutada saxta pul nişanı aşkar olunaraq dövriyyədən çıxarılıb.

Mövcud qanunvericiliyə uyğun olaraq saxta pul nişanlarının tədavüldən çıxarılması, məhv edilməsi və bununla əlaqədar müvafiq tədbirlərin görülməsi qaydaları Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən edilir. Bununla əlaqədar olaraq, saxtalaşdırılmış pul nişanları müvafiq istintaq işlərinin aparılması məqsədilə hüquq mühafizə orqanlarına təqdim edilir və araşdırmalar yekunlaşdıqdan sonra qaytarılaraq Mərkəzi Bankda saxlanılır.

Hazırda bankomatlar vasitəsilə dollar qəbulunun dayandırılması saxta dollar əsginasların dövriyyəsinin artmasının qarşısını almağa yönəlib. Banklar tərəfindən bununla əlaqədar sistemdə yeniləmələr edilir.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər

Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar url?sa=i&url=https://goog.az/"> Pulsuz Elanlar Pulsuz Elanlar url?q=https://goog.az/"> Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar