Azərbaycanda süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayı  - Foto
02 İyl 2020 22:34
297

Azərbaycanda süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayı - Foto

Azərbaycanda koronavirusla bağlı bu günə olan statistik göstəriciləri açıqlanıb.

TƏBİB-dən Yenisabah.az-a daxil olan məlumata görə, bu gün ölkədə koronavirusla bağlı 6976 test edildiyi bildirilib.

Məlumata görə, indiyə qədər Azərbaycanda 495 828 test aparılıb.

Xatırladaq ki, bu günə qədər ölkəmizdə 18 684 nəfər koronavirusa yoluxub. 228 nəfər ölüb, 10 425-i isə sağalıb. Hazırda 8031 nəfər aktiv xəstə kimi qeydiyyatdadır. 

Həmin şəxslərdən 241 nəfərin vəziyyəti ağırdır, 51 nəfər isə süni tənəffüs aparatı vasitəsilə xəstəliklə mübarizə aparır.

Azərbaycanda süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayı  - Foto
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər