Azərbaycanın bu əraziləri işğaldan azad olundu:  Prezidentdən tvit
28 Okt 2020 16:37
2797

Azərbaycanın bu əraziləri işğaldan azad olundu: Prezidentdən tvit

Prezident İlham Əliyev işğaldan azad olunan yeni yaşayış məntəqələrinin adlarını açıqlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti “Twitter” hesabında yazıb.

Qeyd olunub ki, müzəffər Azərbaycan Ordusu Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli kəndlərini, Füzuli rayonunun Mandalı kəndini, Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çüllü, Quşçular, Qaraağac kəndlərini, Qubadlı rayonunun Qiyaslı, Ədilcə, Qılıcan kəndlərini işğaldan azad edib.

Eşq olsun Azərbaycan Ordusuna!

Qarabağ Azərbaycandır!

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər