Azərbaycanla dəmir yolu əlaqəsi quracağıq - Paşinyan

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanla dəmir yolu əlaqəsi quracağıq - Paşinyan

Dünya

23 Sentyabr 2026 09:21 106


"TRIPP layihəsinin işə salınması Ermənistan və onun iqtisadiyyatı üçün yeni bir dövrün başlanğıcını qoyacaq".

"Yeni Sabah" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-də keçirilən illik Konkordiya Zirvəsində panel müzakirəsi zamanı bildirib.

O qeyd edib: "Hazırda regional əlaqəni tam təmin edəcək TRIPP layihəsinin həyata keçirilməsinə diqqət yetiririk. TRIPP ölkəmiz və iqtisadiyyatımız üçün yeni bir dövrün başlanğıcını qoyacaq, çünki biz ilk növbədə Azərbaycanla dəmir yolu əlaqəsi quracağıq". Dominos pizza

N.PaşinyanErmənistanın Türkiyə ilə sərhədinin və bunun bir hissəsi olaraq dəmir yolu əlaqəsinin açılmasını səbirsizliklə gözlədiyini vurğulayıb:

"Ümumiyyətlə, bu, beynəlxalq logistikanı da dəyişdirəcək, çünki beynəlxalq ictimaiyyət Şərq və Qərb arasında yeni bir marşrut qazanacaq".

Ermənistanın Baş naziri əlavə edib ki, onun hökuməti "Sülhün Kəsişməsi" layihəsini də həyata keçirəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!