Azərbaycanla Ermənistan arasında matç təxirə salınır
30 Okt 2020 15:26
618

Azərbaycanla Ermənistan arasında matç təxirə salınır

Bilindiyi kimi, Beynəlxalq Basketbol Federasiyası (FIBA) iyunda bütün turnirləri ləğv edib. Azərbaycan yığmasının qatılacağı kiçik dövlətlərin Avropa çempionatı baş tutmayıb.

B qrupunda yığmamızla yanaşı, Ermənistan, İrlandiya və Andorra da mübarizə aparmalı idi. Çempionatının iyunun 28-dən iyulun 4-dək İrlandiyanın Limerik şəhərində keçirilməsi nəzərdə tutulmuşdu.

Yenisabah.az xəbər verir ki, FIBA Azərbaycan və Ermənistan arasında keçirilməli olan qarşılaşmanı ləğv etmək niyyətindədir. Artıq beynəlxalq qurum bu istiqamətdə danışıqlara başlayıb.

İki ölkənin müharibə vəziyyətində olmasını nəzərə alan təşkilat hesab edir ki, komandaların dueli insidentsiz ötüşməyəcək. Problemli oyun barədə yekun qərarıın yaxın vaxtlarda açıqlanması gözlənilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər