Azərbaycanlı “Beşiktaşlı”lardan xeyriyyə aksiyası

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı “Beşiktaşlı”lardan xeyriyyə aksiyası

İdman

07 Mart 2019 19:38 1382


“Beşiktaş”ın Azərbaycandakı azarkeşləri “Kənd məktəblərinə yardım” adı altında xeyriyyə aksiyası keçirirlər.

Bu haqda layihə rəhbəri Ramin Həsənzadə “Yeni Sabah”a açıqlama verib. O bildirib ki, dünyada bir çox azarkeş qrupları kənd məktəblərinə, topluma yardım edirlər:

"Biz də bir neçə il əvvəl bunu planlaşdırsaq da, uğurlu alınmamışdı. Lakin 2018-ci ilin ilk aylarında “Kənd məktəblərinə yardım” adı altında Daşkəsənə səfər etdik və uğurlu alındı. Hətta ordan ayrılanda bir neçə dostumuz göz yaşlarını saxlaya bilməmişdi. Uşaqların gözündəki sevinc onlarda dərin iz buraxmışdı. Bundan sonra biz bu layihəni ildə 2-3 dəfə keçirmək qərarına gəldik. Son bir il ərzində Daşkəsənin iki, Ağdamın bir, Ağcabədinin bir məktəbinə səfər etdik. Fəaliyyətimizlə  insanlara futbolun əslində sadəcə evdən və ya tribunadan baxılacaq oyun olmadığını göstərməyə çalışırıq. Yəni, stadiondan kənarda da klubun adını yaşatmaq üçün layihələr həyata keçiririk. Bununla həm də uşaqlara “Beşiktaş” sevgisini aşılamaq istəyirik. Əlbəttə, son qərar onlarındır, biz sadəcə üzərimizə düşən vəzifəni etməyə çalışırıq". Toyuqlu pizza

R.Həsənzadə qeyd edib ki, son yardım askiyasında “Barselona”nın Azərbaycandakı fan klubu da onlara yardım edib. 

"Lakin bütün “Beşiktaş” fan klubları bu aksiyanın tərkibində bir araya gəlib. Qeyd etmək istərdim ki, bu aksiyanı gördükdən sonra təkcə, “Beşiktaş” yox, digər klubun azarkeşləri də bizə qoşulurlar. Məsələn, son yardım aksiyamızda “Barselona”nın Azərbaycandakı fan klubu yardım etmişdi. Türkiyədən olan dostlarımız da bizə köməklik edirlər. İşin əsas tərəfi maddiyyat deyil. İnsanlardan istədiyimiz uşaqlar üçün məktəb ləvazimatlarıdır. Hər kəslə də bu layihə ilə bağlı əməkdaşlıq etməyə hazırıq. Biz bunu Azərbaycan gəncliyi üçün edirik.  Ona görə də hamının bu işin içində olmasını istəyirik. Gələcək üçün daha yeni planlarımız var, ümid edirəm ki, onları da uğurla həyata keçirə biləcəyik”.

Qeyd edək ki, son dəfə 28 fevralda Ağcabədiyə səfər edən gənclər şagirdlərə müxtəlif kitablar, məktəb ləvazimatları, üzərində "Beşiktaş"ın simvolları həkk olunmuş formalar, şərflər və papaqlar hədiyyə ediblər. Sonda məktəblilərlə söhbət edib, onlarla xatirə fotosu çəkiblər.

Naibə Məmmədova

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!