Azərbaycanlı cüdoçu Avropa çempionatında erməni rəqibinə qalib gələrək finala çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı cüdoçu Avropa çempionatında erməni rəqibinə qalib gələrək finala çıxdı

İdman

23 İyun 2022 19:36 940


Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatında idmançılarımız iştirak edirlər.

Yenisabah.az xəbər verir ki, oğlanların mübarizəsində Şahin Oruczadə (-55 kq) yarımfinal görüşündə ermənistanlı rəqibi Vahe Ağasyan üzərində möhtəşəm qələbə qazanıb.

Şahinin final görüşündə rəqibi serbiyalı idmançı Matiya Yeremiç olacaq

Nizami İmranov (-60 kq) isə final görüşündə macarıstanlı cüdoçu Adam Mayor ilə qarşılaşacaq.

Qızların yarışında isə Aydan Vəliyeva (48 kq) qızıl medal uğrunda İsveç təmsilçisi Tara Babulfat ilə görüşəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!