Azərbaycanlı müğənni:   “Əsgərlərimizin ayağını yumağa da hazıram...”

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı müğənni: “Əsgərlərimizin ayağını yumağa da hazıram...”

Şou

17 Oktyabr 2020 10:46 2770


Müğənni Vüqar Muradov da cəbhəyə getmək istəyir.

Yenisabah.az xəbər verir ki, ATV telekanalında yayımlanan “7 Canlı” verilişində qonaq olan sənətçi hərbi komissarlığa dəfələrlə getsə də cəbhəyə aparılmadığnı bildirib.

O, hətta əsgərlərin ayağını yumağa belə hazır olduğunu deyib: Sezar pizza

“Səfərbərliklə bağlı mən də Qax hərbi komissarlığına getdim ki, mənə də ehtiyac olarsa aparın. Bir həftə, on gün gözlədim gördüm səs çıxmır, yaşıma görə aparmadılar. Dedim ki, yaxşı sürücülük qabiliyyətim var, nəsə yük daşıyım, əsgərə dayaq olum.  Qapıdan qovdular, bacadan girdik. Axırda dedilər gedin, ay bala, nə istəyirsiniz? Namusuma, şərəfimə and olsun ki, əsgərin ayağını yumağa belə hazıram, təki aparsınlar. Əsgərə qulluq edim, yanında olum. 37 yaşım var, yaşımla bağlı hələ mənə növbə çatmayıb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!