Azərbaycanlı müğənni koronavirusa yoluxdu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı müğənni koronavirusa yoluxdu

Şou

01 İyul 2020 12:37 1380


Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Bahh Tee (Bəxtiyar Əliyev) koronavirus infeksiyasına yoluxub.

Yenisabah.az xəbər verir ki, bu haqda ifaçı İnstaqram səhifəsində paylaşım edib. O, dostlarına xəbərdarlıq edərək, müayinədən keçmələrini tapşırıb:

"Mənə də koronavirus diaqnozu qoyuldu. İnfeksiya mənə də çatdı. Bu haqda açıq-aşkar deməzdim, hadisələri hamıya danışmağı sevmirəm. Amma son günlər çox insanla ünsiyyətdə olmuşam. Çalışıram hamıya məlumat verim. Dünən isə marketdə olmuşam. Fanatlarım yaxınlaşıb, foto çəkdirdi. Ona görə də buradan hamını xəbərdar etmək istəyirəm". Dördpendirli pizza

Sənətçi əlavə edib ki, müalicə almağa başlayıb. (Axşam.az)

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!