Azərbaycanlı müğənni türkiyəli məşhurlarla bir sırada
21 Yan 2021 14:28
317

Azərbaycanlı müğənni türkiyəli məşhurlarla bir sırada

Gənc azərbaycanlı ifaçı Nahidə Babaşlı Türkiyənin populyar müğənnilərilə yanaşı, nüfuzlu “PowerTürk Müzik” mükafatına namizəddir.

Yenisabah.az xəbər verir ki, bu barədə musiqiçi özü “Sputnik Azərbaycan”a məlumat verib.

“PowerTürk Müzik”ə builki namizədlər arasında Murad Boz, Kənan Doğulu, Alyona Tilki, Sinan Akçil, Sərtab Ərənər, Hande Yenər kimi ulduz isimlər var. N.Babaşlı “Gənc ifaçılar arasında ilin uğuru” nominasiyasında qalib ola bilər. Hazırda ifaçı Bakı ali məktəblərinin birində təhsil alır. Təhsildən əlavə o, gitarada ifa edir və mahnı oxuyur.

Qeyd edək ki, musiqiçi müxtəlif dillərdə və janrlarda mahnılar ifa edir. O, qardaş ölkə televiziyasında efirə gedən bir çox verilişlərə qatılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər