Azərbaycanlı qadın hakim UEFA-dan iki oyuna təyinat aldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı qadın hakim UEFA-dan iki oyuna təyinat aldı

İdman

19 İyul 2026 15:48 160


FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb. O, qadın futbolçular arasında UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin iki oyununda fəaliyyət göstərəcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb.

F.Lütfəliyeva bu mərhələnin 5-ci qrupunun yarımfinalında "Flora" (Estoniya) - "Mqar Yunayted" (Malta) matçını idarə edəcək. Digər referimiz Gülnurə Əkbərzadə iyulun 22-dəki görüşün yan xətt hakimi olacaq. Dominos pizza

Bundan başqa, Fəridə Lütfəliyeva "Flora" - "Mqar Yunayted" qarşılaşmasının qalibinin iyulun 25-də finalda Slovakiyanın "Spartak Miyava" klubuna qarşı keçirəcəyi oyunun isə ehtiyat hakimi olacaq.

Oyunlar Slovakiyanın Miyava şəhərində yerləşən "Spartak Miyava" stadionunda keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!