Azərbaycanlı tələbə 12 gün sonra dünyadan köçdü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı tələbə 12 gün sonra dünyadan köçdü

Hadisə

23 İyun 2026 17:57 491


Gürcüstanda baş verən partlayışda xəsarət alan azərbaycanlı tələbə vəfat edib.

“Yeni Sabah” xəbər verir ki, hadisə iyunun 11-də Saqareco rayonunun Yormuğanlı kəndində qeydə alınıb.

Yaşayış evinin mətbəxində qaz sızması nəticəsində partlayış baş verib. Marqarita pizza

Partlayış zamanı ağır yanıq xəsarətləri alan Lamiyə Allahverdiyeva xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq, o, 12 gün davam edən müalicədən sonra dünyasını dəyişib.

Lamiyə Allahverdiyeva Tbilisidə fəaliyyət göstərən "Ilia State University"-nin Elm və İncəsənət fakültəsində “Gürcü dili ikinci dil kimi və inteqrasiya proqramı” ixtisası üzrə təhsil alırdı.

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!