Azərbaycanlı ufoloq ABŞ-da vurulan “uçan boşqab”dan danışdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı ufoloq ABŞ-da vurulan “uçan boşqab”dan danışdı

Dünya

13 Fevral 2023 12:23 4633


“Mənə elə gəlir ki, Amerikada görünən UFO hadisəsinin detalları hələ də məlum deyil. Ona görə də gözləməyi məsləhət görərdim”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında ufoloq Vaqif Ələkbərov ABŞ-da vurulan naməlum cisim barəsində danışarkən deyib. V. Ələkbərovun fikrincə, son dövrlər bu hadisələr çoxalıb:

“Dəfələrlə bu barədə mən də fikirlərimi səsləndirmişəm. Həmçinin, Pentaqon da bu barədə məlumatlar verib. Doğrudur, onlar son hadisə haqqında ətraflı məlumat verməyib, amma, məncə, belə bir şey varsa, deməli, bir səbəb olmamış olmaz. Sezar pizza

Mənim əsas işim ondan ibarətdir ki, bu kimi hadisələr baş verəndə çəkilən videolardakı rəqəmlərə baxıram. Yəni mənim işim bu tarixləri yoxlamaq və bunun həqiqi olub-olmadığını üzə çıxarmaqdır. Amma belə şəraitdə bunu şərh etmək çətindir”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!