Azərbaycanlılar arasında atışma - Video
15 Dek 2019 13:17
456

Azərbaycanlılar arasında atışma - Video

Rusiyanın Sankt-Peterburq şəhərində Frunzenski tərəvəz anbarında azərbaycanlılar arasında silahlı atışma baş verib. 

“Yeni Sabah” xəbər verir ki, Sofiyski küçəsində yerləşən anbar ərazisində beş nəfər mübahisə edib.

Hadisə yerinə gələn hüqüq-mühafizə orqanı əməkdaşları ərazidən travmatik silah, "Nissan Teana” və "Volksvagen Polo” markalı avtomobillər aşkar edilib.

Avtomobillərdən biri 41 yaşlı azərbaycanlıya, digəri isə "Sestroreçka” şirkətinə aid olub.

Videomüşahidə kameralarına baxış zamanı, avtomobillərdən çıxan beş şəxsin arasında mübahisə baş verdiyi və onların travmatik silahlardan istifadə etdikləri müəyyən olub.

Daha sonra onlar ərazini tərk ediblər. Araşdırma zamanı, "Nissan” sahibi avtomobilin onun Sankt-Peterburqda qeydiyyatsız yaşayan 42 yaşlı azərbaycanlı tanışının idarə etdiyini deyib.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Oxu.az



Oxşar xəbərlər