“Keçən dəfə sosial şəbəkədə biri məni təhqir etdi. Tapıldı və izahatı alındı. Heç kimə böhtan atmamağı öyrəndi. Ya bunu etməyəcəksən, ya da qışqıra-qışqıra üzr istəməyəcəksən”.
Yenisabah.az xəbər verir ki, bu sözləri “Azəri qızı” ləqəbi ilə məşhurlaşan müğənni Günel Zeynalova deyib.
İfaçı sosial şəbəkə hesabında şərhlərdə onu təhqir edən şəxsin tapıldığını, müğənnidən üzr istədiyini bildirib: pizza hut
"Məni günahlandırmadan əvvəl öz həyatınızı dəyərləndirin. Səbrimi ölçməyin, qalib ola bilməyəcəksiniz, mən ağrılardan, haqsızlıqlardan güclənmişəm, bacarmayacaqsınız. Mənasız şərhlər yazıb, fikir sahibi olanlar. Hamı öz evinin qarşısını təmizləsin. Nə gözəl gəncləşirəm, gözəlləşirəm, bəzilərinə görə isə eybəcərləşirəm. Sənə nə? Kimə nə? Baxımlarımı edirəm, özümü sevirəm, mahnı oxumağı, alqışları, səhnəni sevirəm. Heç kimlə işim yoxdur. Öz işimlə məşğulam. Elə bil heç kimin işi yoxdur. Başqalarının həyatına klaviatura başında şərh yazmaqla məşğuldurlar. Nə vaxt alqışladınız məni və musiqimi? Amma məni çox sevirsiniz. Qısqanclıqdan başqa bir şey deyil. Mənim səsimi, sənətimi sevin. Gözəllik gəlib keçir, vacib olan qəlb gözəlliyidir. Keçən dəfə sosial şəbəkədə biri məni təhqir etdi. Tapıldı və izahatı alındı. Heç kimə böhtan atmamağı öyrəndi. Ya bunu etməyəcəksən, ya da qışqıra-qışqıra üzr istəməyəcəksən”.
Telegram kanalımız