AzTV də sosial media ilə işləyəcək – Yeni şöbə yaradıldı

saytların hazırlanması

Evə çatdırılma

AzTV də sosial media ilə işləyəcək – Yeni şöbə yaradıldı

Rəqəmsal

11 Mart 2019 18:32 1405


 “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) aparılan kadr islahatları davam edir.

Daha bir dəyişikliklə Xatirə Qasım AzTV-nin mətbuat katibi vəzifəsindən azad edilib. X.Qasım dəyişikliyi  təsdiqləyərək, yeni vəzifəyə keçirildiyini bildirib: “Televiziya və Radio Akademiyasında İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri təyin olunmuşam”.

X.Qasım qeyd edib ki, onun daha əvvəl vəzifə tutduğu strukturda da dəyişiklik edilib: “AzTV-də Mətbuat xidməti ləğv edilib, əvəzində Sosial media və İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb”.  Dördpendirli pizza

AzTV-dən  verilən məlumata görə, hələlik Sosial media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsinə yeni təyinat olmayıb.

Modern.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!