“Bacım 12 yaşımda məni fahişəliyə məcbur edib” - Məşhur müğənnidən şok etiraf

saytların hazırlanması

Evə çatdırılma

“Bacım 12 yaşımda məni fahişəliyə məcbur edib” - Məşhur müğənnidən şok etiraf

Şou

26 Sentyabr 2020 14:07 2776


Dünyaca məşhur müğənni Maria Kerinin uşaqlığı ilə bağlı etdiyi etiraflar hər kəsi təəccübləndirib.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, M.Keri illərdir küsülü olduğu böyük bacısının onu 12 yaşında pulla cinsi əlaqəyə girməyə məcbur etdiyini açıqlayıb.

Səsi və mahnıları ilə bir dövrə damğasını vuran 50 yaşlı "Grammy" mükafatı sahibi bu günə qədər bunu heç yerdə açıqlamadığını bildirib. Toyuqlu pizza

Kerinin yaxında satışa çıxacaq avtobioqrafik kitabında yazılanlara görə, 12 yaşında ikən böyük bacısı ona zorla narkotik verməyə çalışıb. Keri həmin vaxt yaralandığını, bunun üçüncü dərəcəli yanıqlara səbəb olduğunu iddia edir. 

Müğənni bacısı Ellison və qardaşı Morqan haqda "keçmiş bacım" və "keçmiş qardaşım"- deyə bəhs edib. O, qardaşını şiddətə meyilli, bacısını isə travmalı adlandırıb. 

Qeyd edək ki, doqquz il əvvəl mətbuatda Meri Kerinin böyük bacısı Ellisonun fahişəlik etdiyi və QİÇS xəstəliyinə tutulduğu xəbərləri yayılmışdı. Ellison Keri yaşamaq üçün başqa çarəsi olmadığını irəli sürmüşdü.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!