Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

Rəqəmsal

02 May 2024 19:35 3976


Bakcellin Baş İcraçı Direktoru, Klaus Mueller Azərbaycanın ilk qadınlar arasında Avropa çempionu şahmatçısı Ülviyyə Fətəliyevanı möhtəşəm qələbə münasibətilə təbrik edib.

Yenisabah.az xəbər verir ki, Bakcell-in baş ofisində keçən görüşdə qrossmeyster Ülviyyə Fətəliyevaya qızıl Bakcell nömrəsi və 1 illik balans hədiyyə edilib və son model smartfon təqdim olunub. Şahmatçımızın qələbəsinin bütün Azərbaycanı qürurlandırdığını bildirən Bakcell Baş İcraçı Direktoru Ülviyyə Fətəliyevaya karyerasında uğurlarının daimi olmasını diləyib.

Görüş zamanı Bakcellin yeni brend kimliyindən danışan Klaus Mueller bildirib ki, loqodakı 5 dinamik fiqur gələcəyə yol açan bir ulduz yaradır. Bu ulduz insanları, məkanları və dəyərli anları bir-birinə bağlayır və çempion şahmatçımızın bugünkü qələbəsi məhz belə anlardandır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!