İtkin düşən Aysel tapıldı - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

İtkin düşən Aysel tapıldı - Yenilənib

Hadisə

14 Yanvar 2020 16:06 1379


Bakıda itkin düşən yeniyetmə qız tapılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.  

Onun sözlərinə görə, yanvarın 13-də Sabunçu rayonu, Bilgəh qəsəbəsində gecə saatlarında yaşadığı evdən naməlum istiqamətə gedən 2005-ci il təvəllüdlü Aysel Salahova tapılıb:   Toyuqlu pizza

“Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlının yeri müəyyən olunub. İlkin araşdırmalar nəticəsində məlum olub ki, azyaşlı heç bir şəxs tərəfindən qaçırılmayıb. Bu barədə azyaşlının ailəsi məlumatlandırılıb”. 

***

Bakıda 14 yaşlı qız itkin düşüb.

"Yeni Sabah" xəbər verir ki, yanvar ayının 13-də gecə saat 00:05 radələrində Sabunçu rayonu Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsində yaşayan 2005-ci il təvəllüdlü Aysel Salahova evindən çıxıb və geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!