Fevralın 2-də 1977-ci il təvəllüdlü Rüfət Haşımova Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində yetkinlik yaşına çatmayan şəxs tərəfindən xəsarət yetirilməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Bu barədə “Yeni Sabah”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Sezar pizza
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işinin ibtidai istintaqı davam etdirilir.
***
12:02
Bakıda 15 yaşlı qızı tərəfindən bıçaqlanan ata ölüb.
“Yeni Sabah” Lent.az-a istinadla xəbər verir ki, yeniyetmə qızı tərəfindən bıçaqlanan 49 yaşlı Haşımov Rüfət Arif oğlu ağır xəsarətlərlə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb və o, dünən həmin xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, ötən gün Bakının Nizami rayonunda ailə məişət zəminində bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun İsmayıl Məmmədov küçəsində yerləşən mənzildə qeydə alınıb. Zərərçəkənin anası hadisənin başqa bir şəxs tərəfindən törədildiyini bildirsə də, DİN-dən bildirilib ki, 1977-ci il təvəllüdlü Haşımov Rüfət Arif oğlu mübahisə zamanı həyat yoldaşını döyüb.
Bunu görən onların 15 yaşlı qızı bıçaqla Rüfət Haşımova xəsarəti yetirib. Yaralı döş qəfəsinin kəsilmiş deşilmiş xəsarəti ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Fakt üzrə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşları araşdırma aparır.
Telegram kanalımız