Bakıda 15 yaşlı qız evdən qaçdı: 1 ildir atasının təcavüzünə məruz qalırmış

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 15 yaşlı qız evdən qaçdı: 1 ildir atasının təcavüzünə məruz qalırmış

Kriminal

23 Avqust 2019 15:52 1570


Bakıda yeniyetmə qıza qarşı ağlasığmaz cinayət törədilib. Bir il ərzində öz qızını zorlamaqda ittiham olunan kişi saxlanılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Oxu.Az"a Sabunçu Rayon Prokurorluğundan bildirilib.

Cinayətin üstü 15 yaşlı Sabunçu sakininin (ad məlum səbəblərdən açıqlanmır) yoxa çıxmasından sonra açılıb. Dördpendirli pizza

Bu il iyulun 19-da yeniyetmə evdən çıxaraq bir daha qayıtmayıb. Bir ay sonra, avqustun 22-də qız tapılıb.

Dindirmə zamanı o, 36 yaşlı atası S.K.-yə görə evdən qaçdığını bildirib. 

Onun sözlərinə əsasən, ata qızına ilk dəfə ötən ilin avqustunda təcavüz edib. O zaman qızın 14 yaşı olub. Bundan sonra ata mütəmadi olaraq qızını cinsi əlaqəyə məcbur edib. Zorakılıq və təhqirlərə dözməyən qız evdən qaçıb.

Həmin şəxs polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Hazırda rayon prokurorluğu təcavüzkarın cinayətinin hansı maddələr üzrə qiymətləndiriləcəyini qərarlaşdırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!