Bakıda 2-ci Uşaq Teatrı Festivalı keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 2-ci Uşaq Teatrı Festivalı keçiriləcək

Mədəniyyət

13 Oktyabr 2025 11:49 645


Bakıda 2026-cı il 10–17 mart tarixlərində 2-ci Uşaq Teatrı Festivalı keçiriləcək.

Yenisabah.az xəbər verir ki, festival Milli Teatr Gününün 153-cü ildönümünə həsr olunub.

Festival 6-14 yaş arası uşaqlar üçün nəzərdə tutulub və Azərbaycanla yanaşı, müxtəlif xalqların nağıllarının səhnə dili vasitəsilə təqdim olunmasını, bu nağılların müasir uşaqların düşüncə tərzinə uyğun şəkildə canlandırılmasını məqsəd kimi müəyyən edib. pizza mizza

Layihənin rəhbəri Fərid Bağırov, ideya müəllifi isə Tural Əliyevdir. 

Festival çərçivəsində uşaqlar nağıl qəhrəmanlarını canlandıraraq həm əyləncəli, həm də maarifləndirici səhnə çıxışları ilə tamaşaçı qarşısına çıxacaqlar. 

Budəfəki festivalın ən mühüm yeniliklərindən biri inklüziv iştirak modelinin tətbiqidir.

Həssas kateqoriyaya aid uşaqlar da festivalda yer alacaq, digər iştirakçılarla birgə səhnəyə çıxaraq öz istedad və bacarıqlarını nümayiş etdirmək imkanı əldə edəcəklər.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!