Bakıda 21 yaşlı gəlin sevgilisi ilə qaçdı 

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 21 yaşlı gəlin sevgilisi ilə qaçdı 

Hadisə

20 Sentyabr 2019 10:03 1449


Bakıda itkin düşmüş gəlinlə bağlı polisə müraciət edilib.

“Yeni Sabah” Publika.az-a istinadən xəbər verir ki, Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinə müraciət edən Sabunçu qəsəbə Bağırov küçə sakini R.Ələsgərova qızı, 1998-ci il təvəllüdlü N.Hümbətlinin aprel ayının 5-də evi tərk edərək itkin düşdüyünü bildirib. Qadın əlavə edib ki, qızı Əli adlı şəxsə qoşulub qaçıb.

Araşdırmalar zamanı o da məlum olub ki, N.Hümbətli mart ayında həyat yoldaşı tərəfindən itkin düşmüş şəxs kimi axtarışa verilib. Həmin vaxt qızın başqa kişi ilə münasibəti üzə çıxandan sonra əri onunla münasibətləri kəsib və boşanmaq üçün məhkəməyə müraciət edib. Daha sonra anasına təhvil verilən qız yenidən sevgilisi ilə qaçıb. pizza hut

Müraciətlə bağlı araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!