Bakıda 21 yaşlı oğlan 10-cu mərtəbədən yıxılıb öldü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 21 yaşlı oğlan 10-cu mərtəbədən yıxılıb öldü

Kriminal

21 May 2019 14:01 1307


Bakıda 21 yaşlı oğlan 10-cu mərtəbədən yıxılaraq ölüb.

Hadisə dünən saat 15:00 radələrində baş verib. 21 yaşlı Ağstafa rayon sakini Yusifov Yusif Aydın oğlu Nərimanov rayonu, Əliəşrəf Əlizadə 45 ünvanında yerləşən tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsindən yıxılaraq ölüb.

Məlumat əsasında məhkəmə-tibbi və məhkəmə-texniki ekspertlərinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, meyitin daxili müayinə edilməsi təmin edilib. pizza hut

Fakt üzrə cinayət işi başlanılaraq ibtidai istintaqın aparılması rayon prokurorluğuna həvalə edilib.

Metbuat.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!