Bakıda 24 yaşlı fəhləni “tok” vurub öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 24 yaşlı fəhləni “tok” vurub öldürdü

Hadisə

09 Dekabr 2021 10:58 716


Bakıda şirkətdə fəhləni elektrik cərəyanı vuraraq öldürüb. 

Bu barədə Yenisabah.az-a Qaradağ Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, dekabrın 8-i saat 21 radələrində Qaradağ rayonu, Salyan şossesi 47 ünvanında yerləşən kərpic istehsalı ilə məşğul olan “AAC” MMC-də fəhlə işləyən 1997-ci il təvəllüdlü Ruslan Kərimovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Pepperoni pizza

Aparılan araşdırmalarla müəyyən edilib ki, Ruslan Kərimov sement və gilin qarışdırılması üçün nəzərdə tutulan quyunun divarlarındakı sement qalıqlarını elektrik mühərrikli dəlici alətlə təmizləyən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!