Bakıda 3 ölkənin birgə hərbi təlimi başladı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 3 ölkənin birgə hərbi təlimi başladı

Siyasət

02 Sentyabr 2019 08:11 1203


Bu gün Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.

Bu barədə "Yeni Sabah"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Türkiyə və Gürcüstan hərbi qulluqçuları “Eternity-2019” təlimində iştirak etmək üçün Azərbaycana gəlib. Dominos pizza

Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində və səhra şəraitində keçiriləcək nəzəri və praktiki hissədən ibarət olan təlimdə üç ölkənin hərbi bölmələri və aidiyyəti dövlət qurumlarının nümayəndələri regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları icra edirlər.

Təlim sentyabrın 6-dək davam edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!