Xalq artistinin kürəkəni TUTULDU - Bakıda 317 minlik DƏLƏDUZLUQ

saytların hazırlanması

Evə çatdırılma

Xalq artistinin kürəkəni TUTULDU - Bakıda 317 minlik DƏLƏDUZLUQ

Kriminal

04 Aprel 2026 14:40 1625


Bakıda qızıl-zinət əşyalarının satışı adı ilə 317 min manatlıq dələduzluq edən iki nəfər saxlanılıb.

"Yeni Sabah" Oxu.az-a istinadən xəbər verir ki, Bakıda zərərçəkmiş şəxsin külli miqdarda pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumat daxil olub.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməldə təqsirli bilinən 36 yaşlı Rüfət Qasımzadə və 37 yaşlı Məmməd Məmmədzadə saxlanılıblar. Toyuqlu pizza

Araşdırmalarla müəyyən edilib ki, R.Qasımzadə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı M.Məmmədzadə ilə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib.

O, zərərçəkmişə geniş əlaqələrinin olduğunu və qızıl-zinət əşyalarının satışını həyata keçirdiyini bildirməklə onun etibarını qazanıb. Daha sonra saxlanılan şəxslər qızıl-zinət əşyalarının satışı ilə məşğul olmaq adı ilə zərərçəkəndən müxtəlif vaxtlarda ümumilikdə 317 500 manat pul vəsaiti alaraq həmin məbləği öz aralarında bölüblər. Nəticədə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq ediblər.

Zərərçəkmiş şəxs ifadəsində sonuncu dəfə pulun bir hissəsini Bakı Dəniz Vağzalı ərazisində həmin şəxslərə təqdim etdiyini bildirib. Bu səbəbdən iş üzrə istintaq araşdırmaları Su Nəqliyyatında Polis İdarəsində aparılıb.

Faktla bağlı R.Qasımzadə və M.Məmmədzadə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) cinayət işi başlanılıb və onların hər ikisi təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, saxlanılan iki nəfərdən biri - Rüfət Qasımzadə mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkənidir.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!