Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu Vaqif prospektində qeydə alınıb.
Belə ki, 55 yaşlı Aslanov Nəbi Paşa oğlu yolu keçərkən onu avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin və döş qəfəsinin küt travması diaqnozları qoyulub və reanimasiyaya yerləşdirilib. Pepperoni pizza
Telegram kanalımız