Bakıda 80 yaşlı kişi qadını bıçaqladı
17 Sen 2019 18:54
188

Bakıda 80 yaşlı kişi qadını bıçaqladı

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Yeni Sabah" "APA"ya istinadən xəbər verir ki, hadisə Nəriman Nərimanov küçəsində qeydə alınıb.

Belə ki, 1939-cu il təvəllüdlü Səlimov Məzahir Nağı oğlu Nəriman Nərimanov küçəsində yerləşən mənzildə yaşayan 1975-ci il təvəllüdlü Fidan Babayeva ilə mübahisə edib. O, mübahisə zəminində F.Babayevanın boğazına bir neçə bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları M.Səlimovu saxlayıb.

Oxşar xəbərlər