Bakıda ana və əkiz övladları dəm qazından zəhərləndi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ana və əkiz övladları dəm qazından zəhərləndi

Hadisə

21 Noyabr 2019 07:23 817


Bakıda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.

Səhiyyə Nazirliyindən "Yeni Sabah"a verilən məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi, 30-da baş verib.

Məlumata görə, dəm qazından boğulma barədə çağırış Təcili Yardım Xidmətinə saat 00:34-də daxil olub. Həmin ünvandan 29 yaşlı qadın, 5 yaşlı 2 uşaq (oğlan və qız) dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər. Lazımi tibbi yardım göstərildikdən sonra xəstələr ambulator müalicəyə buraxılıblar. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!