Bakıda ata-oğul qohumları tərəfindən bıçaqlandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ata-oğul qohumları tərəfindən bıçaqlandı

Kriminal

30 Sentyabr 2019 09:45 990


Bakıda bıçaqlanma hadisəsi olub.

Yeni Sabah bildirir ki, hadisə paytaxtın Binəqədi rayonu, Z.Qəmbərov küçəsində qeydə alınıb.

Cəbrayıl rayon sakini, 1968-ci il təvəllüdlü Aqşin Quliyev aralarında yaranmış münaqişə zəminində xalası nəvəsi, 1968-ci il təvəllüdlü Füzuli Şirinovu döş qəfəsindən bıçaqlayıb. Hadisə nəticəsində F.Şirinovun oğlu, 1999-cu il təvəllüdlü Elçin Şirinov da bıçaq yarası alıb. pizza

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində A.Quliyev barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!