Bakıda azyaşlı qız oğurlanıb

saytların hazırlanması

Evə çatdırılma

Bakıda azyaşlı qız oğurlanıb

Xalqın səsi

05 İyun 2019 15:01 1543


Bakıda üç yaşlı qız itkin düşüb. Hadisə Sabunçu qəsəbəsində baş verib. 

Uşağın qohumları  bildiriblər ki, Bağırova Zəhra Rəsul qızı ötən gün günorta saatlarında yaşadığı qəsəbədə itkin düşüb. 

Hadisə ilə bağlı polisə məlumat verilib.  pizza hut

İddialara görə, ətrafdakı müşahidə kameralarına baxılarkən, naməlum kişinin uşağı əlindən tutaraq, özü ilə apardığı müşahidə edilib. Lakin görüntüdəki qızın Bağırova Zəhra olub-olmaması məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!