Bakıda beş avtomobil toqquşdu: sürücülər arasında dava düşdü - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda beş avtomobil toqquşdu: sürücülər arasında dava düşdü - Video

Avto

18 Noyabr 2019 10:20 1977


Bakıda baş vermiş qəza anı kameraya düşüb. 

"Yeni Sabah" xəbər verir ki, hadisə aeroport yolunda baş verib.

Sol zolaqla hərəkət edən “Subaru” markalı avtomobil qəza işıqlarını yandırıb və asta sürətlə hərəkət edib. Bu zaman “Toyota” markalı avtomobilin sürücüsü sürəti azaldaraq, ona yaxınlaşıb və irad bildirib. Marqarita pizza

Elə bu anda arxadan gələn “Hyundai” markalı avtomobil “Subaru”ya dəyib. Zərbənin gücündən “Subaru” “Toyota”ya çırpılıb. Digər avtomobil isə “Toyota”ya dəyib. Bütün bu hadisələrin fonunda beşinci avtomobil son anda yüngül toqquşma ilə qəzadan qurtulub.

Bir anın içində avtomobillərdən düşən sürücü və sərnişinlər “Toyota” markalı avtomobilə tərəf qaçıb və sürücünü döyməyə başlayıblar. Magistral yolun ortasında bir neçə şəxs davaya qarışıb. Sonda ərtafdakı digər avtomobillərin sürücüləri onları ayırıblar. /Avtosfer.az

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!