Bakıda biznesmen yol qəzasında həlak oldu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda biznesmen yol qəzasında həlak oldu

Hadisə

10 Mart 2025 12:42 593


Gecə saatlarında Bakıda ölümlə nəticələnən yol qəzası olub.

“Yeni Sabah” qafqazninfo-ya istinadən yazır ki, hadisə saat 01:40 radələrində Nərimanov rayonu Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Ramin Həsənovun idarə etdiyi “Kia Rio” markalı avtomobil beton dirəyə çırpılıb. Daha sonra nəqliyyat vasitəsi eyni istiqamətdə hərəkətdə olan Elman Cəbrayılovun idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobillə toqquşub. Nəticədə R.Həsənov xəstəxanaya aparılarkən vəfat edib. pizza mizza

Bildirilir ki, qəzada həyatını itirən sürücü Bakıda bir neçə restorana sahib olub.

Faktla bağlı cinayət işi başlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!