Bakıda faəliyyət göstərən 125 saylı marşrutda gediş haqqı 35 qəpikdən 40 qəpiyə qaldırılıb.
Bu barədə Yenisabah.az-a sərnişinlər verib. Onlar əvvəlcə bunun sürücülərin özfəaliyyəti olduğunu düşünüblər və məsələ ilə bağlı onlardan izahat tələb ediblər.
Sürücülər isə gediş haqqının Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən artırıldığını bildiriblər. pizza
Məlumat üçün deyək ki, ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tarifləri Tarif Şurası müəyyənləşdirir. Tarif Şurasının isə belə bir qərarı yoxdur.
Telegram kanalımız