Bakıda bu ölkənin səfiri qəzaya düşdü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bu ölkənin səfiri qəzaya düşdü - Foto

Hadisə

11 Oktyabr 2019 14:37 852


Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores Bakıda avtomobil qəzasına düşüb.

“Yeni Sabah” "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində, Səbail rayonu ərazisində baş verib.

Məlumata görə, 58 yaşlı səfirin sürdüyü BMW marakı avtomobil Şükür Soltanovun idarə etdiyi "Toyota" ilə toqquşub. Dördpendirli pizza

Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Səfirin idarə etdiyi avtomobil Meksika səfirliyinə məxsusdur.

Faktla bağlı araşdırma aparılır.



Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!