Bakıda gəlin evdən 6000 manatlıq qızıl-zinət əşyaları oğurlayıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini G.Novruzova oktyabrın 2-də evindən naməlum şəraitdə 6000 manat dəyərində qızıl-zinət əşyaların oğurlandığını bildirib. pizza mizza
Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və oğurluğu törətməkdə şübhəli bilinən ev sahibəsinin gəlini saxlanılıb.
Telegram kanalımız